Sahənizlə bağlı don, xəstəlik, zərərverici, hava məlumatları, suvarma, dərmanlama vaxtları ilə bağlı WhatsApp üzərindən məlumat ala bilərsiniz.
Finss.az - Belə ki, Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini genişləndirmək, fermer və sahibkarların qərarvermə proseslərini məlumat əsaslı və daha səmərəli etmək məqsədi ilə həyata keçirilir. Layihə çərçivəsində torpaq və bitki məlumatlarının analiz edilməsi, iqlim və suvarma göstəricilərinin izlənməsi, eləcə də məhsuldarlığın proqnozlaşdırılması üzrə süni intellekt əsaslı modellərin tətbiqi nəzərdə tutulur.
Qeydiyyatdan keçən iştirakçılar layihə üzrə yeniliklər, imkanlar və müvafiq bildirişlər barədə mütəmadi olaraq məlumatlandırılacaqlar.
Qeydiyyat layihədə iştirak və gələcək əməkdaşlıq imkanlarının qiymətləndirilməsi üçün vacibdir.
Forumun linki:

