Finss.az - Arkadi Volojın təsis etdiyi Nebius şirkəti süni intellekt əsaslı axtarış agentləri üçün proqram təminatı hazırlayan Tavily startapını almaq barədə razılığa gəlib.
Bloomberg-in məlumatına görə, sövdələşmənin dəyəri 275 milyon dollar təşkil edir.
Məlumata əsasən, alışdan sonra Tavily-nin baş direktoru Rotem Vays və şirkətin komandası Nebius-un tərkibinə qatılacaq.
Nebius süni intellekt üçün hesablama gücü təqdim edən “neoklaud” şirkətlərindən biridir. Şirkət nümayəndəsi isə yayılan məlumatlarla bağlı rəsmi şərh verməyib.
