IKT

10 Fevral

Rəqəmsal inkişaf naziri ABŞ biznes dairələri ilə strateji görüş keçirdi

Nazir Rəşad Nəbiyev ABŞ Ticarət Palatasının vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Finss.az -  Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət Palatasının vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə “Apple”, “Mastercard”, “Visa”, “Ericsson”, “Motorola Solutions”, “Honeywell”, “Parallel Wireless”, “Meta”, “Resecurity”, “Global Data Risk”, “WhiteFox Defense Technologies”, “bp”, “Lummus Technology” və digər aparıcı ABŞ şirkətlərinin rəhbər və nümayəndələri iştirak edib.

Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.