2026-cı ilin yanvar ayında "OpenAI" şirkətinin yaratdığı "ChatGPT" süni intellekt çat-botunun Azərbaycan bazarındakı payı 84,62%-ə enib.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki aya nisbətən 6,16 faiz bəndi azalma deməkdir.
Statistika Mərkəzinin məlumatına görə, digər süni intellekt çat-botlarının Azərbaycan bazarındakı payı belə olub:
- Google Gemini – 10,02%
- Perplexity – 2,68%
- Microsoft Copilot – 2,23%
- Claude – 0,45%
Bu məlumatlar göstərir ki, ChatGPT hələ də bazarda lider mövqedə olsa da, digər AI çat-botları paylarını artıraraq rəqabəti gücləndirirlər.
Fuad Mədətov
Finss.az
