2026-cı ilin yanvar ayında "Google Chrome" internet-brauzeri Azərbaycan istifadəçiləri arasında populyarlıq baxımından liderliyini qoruyub.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, brauzerin yerli bazardakı payı əvvəlki aya nisbətən 1,17 faiz bəndi artaraq 85,96% olub.
Hesabat dövründə digər internet-brauzerlərin bazar payı isə belə olub:
- Safari – 5,85% (1,09 faiz bəndi azalma)
- Samsung Browser – 2,16% (0,02 faiz bəndi azalma)
- Opera – 1,82% (0,06 faiz bəndi azalma)
- Edge – 1,05% (0,72 faiz bəndi azalma)
- Yandex Browser – 1,13% (0,14 faiz bəndi azalma)
- Mozilla Firefox – 1,33% (0,52 faiz bəndi artım, dekabr 2025 ilə müqayisədə)
Beləliklə, Google Chrome bazardakı üstün mövqeyini qoruyaraq, Azərbaycan istifadəçiləri arasında ən çox seçilən brauzer olaraq qalır.
Fuad Mədətov
Finss.az
