2026-cı ilin yanvar ayında Azərbaycanda “Android” əməliyyat sisteminin bazar payı əvvəlki aya nisbətən 2,62 faiz bəndi azalaraq 36,27% təşkil edib.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, “Microsoft Windows” məhsulları Azərbaycan əməliyyat sistemi bazarında ikinci yeri tutub. Onların bazar payı 2,33 faiz bəndi artaraq 32,4% olub.
Siyahıda üçüncü pillədə iOS əməliyyat sistemi qərarlaşıb. iOS-un bazar payı 15,58% olub və ötən ilin dekabr ayı ilə müqayisədə 0,05 faiz bəndi azalıb.
Digər əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı isə 15,75% səviyyəsində qeydə alınıb.
Fuad Mədətov
Finss.az
