IKT

10 Fevral

Azərbaycanda axtarış sistemlərinin bazar payı - SİYAHI

2026-cı ilin yanvar ayında Azərbaycanda bütün platformalarda (“kompüter, mobil cihazlar və planşetlər”) axtarış sistemlərinin bazar payı açıqlanıb.

Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, “Google” axtarış sisteminin bazar payı 89,87% təşkil edib. Bu, dekabr ayına nisbətən 0,95 faiz bəndi az, illik müqayisədə isə 0,09 faiz bəndi çoxdur.

İkinci pillədə “Bing” qərarlaşıb. Onun bazar payı aylıq müqayisədə 0,4 faiz bəndi artaraq, illik isə 0,49 faiz bəndi yüksələrək 4,43% olub.

Üçüncü yerdə “Yandex” qərarlaşıb. Bu platformanın bazar payı aylıq müqayisədə 0,35 faiz bəndi artıb, illik isə 2,74 faiz bəndi azalararaq 1,92% təşkil edib.

Dördüncü yerdə “Yahoo” qərarlaşıb. Onun bazar payı ay ərzində 0,1 faiz bəndi, illik müqayisədə isə 0,09 faiz bəndi artaraq 1,36% səviyyəsinə çatıb.

İlk beşliyi qapadan “DuckDuckGo” bazar payı ay ərzində 0,04 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,07 faiz bəndi artaraq 0,74% olub.

Statistik göstəricilər göstərir ki, yanvar ayında Azərbaycanda “Google” liderliyini qoruyub saxlayıb, “Bing” və “Yahoo” isə az da olsa yüksəliş göstərib. “Yandex” isə illik müqayisədə payını itirib.

Fuad Mədətov
Finss.az