IKT

10 Fevral

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr - SİYAHI

2026-cı ilin yanvar ayında Azərbaycan istifadəçilərinin sosial şəbəkələrdə fəallığı açıqlanıb.

Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, “Facebook” sosial şəbəkəsində istifadəçi fəallığı aylıq müqayisədə 11,41 faiz bəndi artaraq 28,88% səviyyəsinə çatıb.

İkinci yerdə “Instagram” sosial şəbəkəsi dayanır. Hesabat ayında platformanın payı aylıq ifadədə 14,93 faiz bəndi azalaraq 21,11% təşkil edib.

Siyahıda üçüncü yerə “YouTube” çıxıb. Onun bazar payı 6,01 faiz bəndi azalaraq 22,62% səviyyəsində olub.

Dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi qərarlaşıb. Bu platformanın yerli bazarda payı 2,21 faiz bəndi artaraq 10,99% təşkil edib.

Beşinci sırada “X” media platforması yer alıb. Onun göstəricisi 2,95 faiz bəndi artaraq 6,96% olub.

Altıncı yerə “LinkedIn” çıxıb və bu platformanın payı 3,86 faiz artaraq 7,73% təşkil edib.

Digər sosial şəbəkələrin payı isə 1,71% səviyyəsində qalıb. Statistik göstəricilər göstərir ki, yanvar ayında Azərbaycanda “Facebook” liderliyini qoruyub, “Instagram” və “YouTube” isə azalma müşahidə edib.

Fuad Mədətov
Finss.az