“Google” və “ChatGPT”nin Azərbaycan üzrə bazar payı açıqlanıb.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin yanvar ayında “Google”un Azərbaycandakı bazar payı 99,69% təşkil edib.
Məlumata əsasən, bu göstərici aylıq müqayisədə dəyişməz qalıb. Belə ki, 2025-ci ilin dekabr ayında da “Google”un Azərbaycandakı bazar payı 99,69% səviyyəsində olub.
Hesabat dövründə “ChatGPT”nin Azərbaycan üzrə bazar payı isə 0,31% təşkil edib. Bu göstərici də ötən ilin dekabr ayı ilə müqayisədə dəyişməyib.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında da “ChatGPT”nin Azərbaycandakı bazar payı 0,31% səviyyəsində qeydə alınmışdı. Statistik göstəricilər ölkədə axtarış və süni intellekt əsaslı platformalar üzrə bazar payının sabitliyini göstərir.
Fuad Mədətov
Finss.az
