IKT

06 Fevral

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

İnnovasiya lideri Bakcell müştərilər üçün yeni rəqəmsal satış platforması Bakcell Shop-u istifadəyə verib. shop.bakcell.com vasitəsilə istifadəçilər mobil cihazlar və müxtəlif texnoloji məhsulları onlayn formada əldə edə biləcəklər.

Bakcell Shop-da smartfonlar ilkin ödənişsiz, faizsiz və 18 ayadək hissəli ödəniş şərtləri ilə təqdim olunur. Smartfonu hissə-hissə ödənişlə əldə edən müştərilərə hər ay 20 GB-dək hədiyyə internet təqdim edilir.

Bakcell Shop-da hissəli ödəniş prosesi cəmi 1 neçə klik və 1 dəqiqə ərzində tamamlanır. Proses tam rəqəmsal formatda həyata keçirilir və ilkin ödəniş tələb olunmur.

Sifariş edilən məhsullar ödənişsiz çatdırılma ilə birbaşa göstərilən ünvana göndərilir. Çatdırılma ölkənin bütün regionları üzrə təmin olunur.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.