IKT

03 Fevral

“Rəqəmsal məktəb”: hər valideynin fikri dəyərlidir

Finss.az -  “Rəqəmsal məktəb” platformasında “Məktəb sorğusu” bölməsi vasitəsilə valideyn məmnuniyyətinə dair keçirilən sorğu valideynlərin təhsil prosesi ilə bağlı rəy və təkliflərini operativ və rahat şəkildə ifadə etməsinə imkan yaradır.

Toplanılan rəylər təhlil edilərək mövcud vəziyyətin qiymətləndirilməsinə, problemlərin vaxtında müəyyənləşdirilməsinə və daha səmərəli qərarların qəbuluna zəmin yaradır.

 Sorğuda valideyn yalnız övladının təhsil aldığı müəssisəyə dair rəy verə bilər. Eyni valideynin iki övladı fərqli məktəblərdə təhsil alırsa, bu zaman valideynə hər iki övladının məktəbinə dair rəy vermək imkanı yaradılır.

Sorğuya keçid: //digital.edu.az/cabinet/survey.

Qeyd edək ki, sorğunun keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinin fəaliyyətini qiymətləndirmək, məktəb–valideyn əməkdaşlığını inkişaf etdirmək, fəaliyyətin daha səmərəli təşkilinə dəstək vermək, həmçinin effektiv kommunikasiya imkanlarını genişləndirməkdir.