IKT

02 Fevral

“myGov” platformasında elektron xidmətlər və istifadəçi sayı əhəmiyyətli artım göstərib - Fərid Osmanov

Ötən il “myGov” platforması vasitəsilə vətəndaşlara 400-dən çox elektron xidmət təqdim olunub.

Finss.az xəbər verir ki, bu barədə məlumatı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Agentliyin illik fəaliyyətinə dair keçirilən mətbuat konfransında verib.

F.Osmanov bildirib ki, bu il platformaya 18 yeni rəqəmsal xidmət və 32 yeni rəqəmsal sənəd əlavə olunub və ötən il platformanın istifadəçi əhatəliliyi kifayət qədər genişlənib:

“2025-ci ildə ‘myGov’ platformasına 1 milyondan çox yeni istifadəçi qoşulub. Platformanın ümumi istifadəçi sayı isə 2,3 dəfə artaraq 2 milyonu keçib. Artıq demək olar ki, ‘myGov’ platformasında aktiv şəkildə ayda bir dəfə əməliyyat aparan istifadəçilərin sayı 1 milyonun üzərindədir”.

F.Osmanov əlavə edib ki, 2025-ci ildə “mygov ID” istifadəçilərinin sayı əvvəlki illə müqayisədə 19% artaraq 5 milyonu ötüb. O qeyd edib ki, tranzaksiyaların sayı isə 2024-cü illə müqayisədə 29% artaraq 101,1 milyona çatıb və platformaya inteqrasiya olunan informasiya sistemlərinin sayı ötən il 67% artaraq 274-ə yüksəlib:

“‘mygov ID’ platforması bütün əsas informasiya resurslarını və sistemlərini inteqrasiya edib. Müvafiq qanunvericilik tələblərinə uyğun olaraq platforma mərkəzləşdirilmiş formada aidiyyəti dövlət və informasiya sistemlərinə inteqrasiya olunur. Ötən il 100-dən çox yeni dövlət və özəl informasiya sistemi ‘mygov ID’ platformasına inteqrasiya edilib”.

Fuad Mədətov
Finss.az