Finss.az - SpaceX şirkəti Falcon 9 daşıyıcı raketinin 25 mini-Starlink peykini orbitə çıxardığını açıqlayıb. Bu, ilin əvvəlindən həyata keçirilən yeddinci Starlink peyklərinin buraxılışıdır.
Raket ABŞ-ın Kaliforniya ştatındakı Vandenberg Hərbi Kosmik Bazasından SLC-4E start platformasından buraxılıb. Təxminən bir saat sonra peyklər ikinci mərhələdən ayrılaraq orbitə daxil olublar.
Buraxılış zamanı raketin birinci mərhələsi, altıncı dəfə istifadə olunmuş, Taim Okeanındakı “Of Course I Still Love You” adlı dəniz platformasına uğurla eniş edib.
SpaceX 2019-cu ildən etibarən Starlink layihəsi çərçivəsində 11 mindən çox peyk buraxıb, onların 9,5 mindən çoxu hazırda işlək vəziyyətdə orbitdədir. Şirkət gələcəkdə orbit qrupunu 12 minə, sonrakı mərhələdə isə 34 minə çatdıraraq dünya üzrə hər kəs üçün genişzolaqlı internet xidmətini təmin etməyi planlaşdırır. Layihəyə sərf olunacaq investisiyaların ümumi məbləği təxminən 10 milyard ABŞ dollarıdır.
