IKT

22 Yanvar

OpenAI süni intellekti beyinlə birləşdirəcək yeni layihə üzərində işləyir

“ChatGPT” çatbotunu yaradan OpenAI şirkətinin baş icraçı direktoru Sem Altman süni intellektin insan beyni ilə birbaşa əlaqəsini təmin edə biləcək yeni layihədən danışıb.

Finss.az “Merge Labs”ın məlumatına əsasən xəbər verir ki, şirkət tamamilə yeni tip beyin–kompüter interfeysi üzərində işləyir. Layihənin əsas məqsədi hər hansı cərrahi müdaxilə olmadan istifadəçilərin beyin funksiyaları ilə süni intellekti birləşdirməkdir.

Yeni texnologiyada implant və çip yerləşdirilməsinə ehtiyac yoxdur. Çiplər elektrodlar əvəzinə molekulyar səviyyədə neyronlara bağlanacaq, məlumat ultrasəs vasitəsilə qəbul və ötürüləcək. Bu yanaşma süni intellektin insan beyninə təhlükəsiz və minimal müdaxilə ilə inteqrasiyasına imkan yaradır.