IKT

16 Yanvar

Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb

Finss.az - Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” dekabr ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 88,83 Mb/s, mobil internetin median sürəti isə 87,92 Mb/s olub.

Noyabr ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 2,68 MB/s və ya 3,11%, mobil internetin sürəti isə 4,55 Mb/s və ya 5,46% yüksəlib.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.