IKT

15 Yanvar

Yaddaş çipi böhranına baxmayaraq smartfon satışları artıb

Finss.az xəbər verir ki, Beynəlxalq Məlumat Korporasiyasının (IDC) ilkin hesablamalarına əsasən, qlobal smartfon tədarükü 2025-ci ilə qədər 1,9% artaraq 1,26 milyard ədədə çatacaq. Bu proqnoz mobil cihaz bazarında mərhələli bərpanın davam etdiyini göstərir.

Məlumata görə, oktyabr–dekabr aylarında qlobal smartfon tədarükləri illik müqayisədə 2,3% artaraq 336,3 milyon ədədə yüksəlib. Dördüncü rübdə müşahidə olunan bu artım bazar iştirakçıları üçün müsbət siqnal kimi qiymətləndirilir.

IDC bildirir ki,yaddaş çipi çatışmazlığının yaratdığı çətinliklərə baxmayaraq, bazar dördüncü rübdə premium seqmentdə güclü satış artımı, qatlanan smartfonlara artan maraq və qiymətlərin yüksələcəyi gözləntiləri fonunda istehlakçı tələbatının artması ilə dəstəklənib”.

Analitiklərin fikrincə, premium cihazlara keçid və innovativ modellərə maraq qlobal smartfon bazarında artım tendensiyasının əsas drayverləri olaraq qalacaq.