IKT

26 Dekabr

Brauzerlərin məxfilik reytinqi açıqlanıb

Finss.az - “Digitain” İT şirkəti tərəfindən aparılan araşdırmada istifadəçi məlumatlarının və məxfiliyin qorunma səviyyəsi baxımından brauzerlər qiymətləndirilib.

Araşdırmada həm klassik, həm də süni intellekt əsaslı brauzerlər nəzərdən keçirilib.

Araşdırma nəticələrinə görə, “ChatGPT Atlas” brauzeri ən zəif nəticəni göstərərək 99 risk balı ilə siyahının sonunda yer alıb. İkinci sırada Google Chrome və Vivaldi brauzerləri 76 bal ilə qərarlaşıb. Microsoft Edge 63 bal, Opera isə 58 bal ilə orta risk səviyyəsini nümayiş etdirib.

Daha yüksək təhlükəsizlik və məxfilik səviyyəsi ilə seçilən brauzerlər aşağıdakılardır:

  • Ungoogled – 55 bal
  • Mozilla Firefox – 50 bal
  • Apple Safari – 49 bal
  • DuckDuckGo – 44 bal
  • Tor – 40 bal

Araşdırma göstərir ki, məxfiliyin qorunması baxımından istifadəçilər daha etibarlı brauzerlərə üstünlük verə bilər.