IKT

24 Dekabr

“Təhlükə hər yerdədir!” – kibertəhlükələrdən qorunmağın yolları

Bir elanda “iş imkanı”, bir klikdə “ödənişsiz Wi-Fi”, bir e-poçtda “maaş artımı”, bir paylaşımda “sərfəli kampaniya”… Kibertəhlükələr çox vaxt ən güvəndiyimiz yerlərdə qarşımıza çıxır.

Finss.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (Milli Cert) tərəfindən hazırlanan maarifləndirici video “Təhlükə hər yerdədir!” devizi ilə istifadəçiləri bu cür təhlükələrdən xəbərdar edir.

Videoda internetdə diqqətli olmağın, şübhəli linkləri açmamağın və şəxsi məlumatları qorumağın önəmi vurğulanır.