IKT

23 Dekabr

“İslahat İcmalı”nın xüsusi buraxılışı: “Enterprise Azerbaijan” portalının “Startup School” layihələri

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İslahat İcmalı”nın xüsusi buraxılışı “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School” layihələrinə həsr olunub.

Xüsusi buraxılışda “Enterprise Azerbaijan” portalının reallaşdırdığı “Startup School 1”, “Startup School 2: AI for Green Solidarity” və “Startup School 3: Green and Digital Silk Road” beynəlxalq akselerasiya proqramları haqqında geniş və əhatəli məlumat təqdim olunub. İcmalda hər bir layihənin məqsədləri, əhatə dairəsi, iştirakçı profili, icra planı çərçivəsində görülən işlər və əldə olunan nəticələr ətraflı əks etdirilib.

İcmalda qeyd olunur ki, “Startup School” layihələri Azərbaycanda və regionda startap ekosisteminin inkişafına töhfə verən ən mühüm proqramlardan biri kimi fəaliyyətini uğurla davam etdirir. Eyni zamanda icmalda 2026-cı ildə həyata keçirilməsi planlaşdırılan “Startup School 4: 5 continents – 500 startups” beynəlxalq layihəsinin də anonsu yer alıb.

İcmalla tanış olmaq üçün aşağıdakı linkə daxil olun:

//ereforms.gov.az/files/review/pdf/az/cf5922558513035c39ac0574034ff8a5.pdf?fbclid=IwY2xjawO3I2BleHRuA2FlbQIxMABicmlkETE2Unhjb2ttRUxTZE9LTkxWc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHvfdgQObafZtK_asmYiPjP9qJqpZHFYu2UqGqrCRkfuRU7v_3b4x5QizaUCw_aem_dSzDsheiM-IdYrrx3FGmrg