IKT

11 Dekabr

Azərbaycanda ev telefonu nömrələrinin sayı kəskin azalıb

Azərbaycanda 2024-cü ildə sabit şəbəkə (ev telefonu) nömrələrinin sayında ciddi azalma qeydə alınıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ildə mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 2023-cü illə müqayisədə 213,800 nömrə azalıb.

Qurumun məlumatına görə, 2024-cü ildə ölkədə 1 milyon 95 min 200 sabit telefon mövcud olub. 2023-cü ildə bu göstərici 1 milyon 309 min təşkil edib.

Statistik göstəricilər ev telefonlarının istifadəsinin azalmaqda davam etdiyini göstərir.