Finss.az xəbər verir – Amerika kosmik şirkəti SpaceX 2026-cı ilin ortaları və ya sonlarında rekord dəyərdə IPO həyata keçirməyi planlayır. Şirkətin bazar dəyəri 1,5 trilyon dollar olaraq qiymətləndirilir, bu da 2019-cu ildə 29 milyard dollarlıq investisiya cəlb edən Saudi Aramco IPO-sundan sonra ən böyük investisiya cəlb etmə potensialına malik olacaq.
SpaceX rəhbərliyi və məsləhətçiləri IPO-nun vaxtını bazar şərtlərinə və digər amillərə görə tənzimləmək niyyətindədir. Bir mənbəyə görə, bu prosesin son tarixi 2027-ci ilə qədər də uzana bilər.
