2025-ci ilin noyabr ayında Azərbaycanda “Google” axtarış sistemi 79,38% bazar payı ilə ölkədə ən populyar axtarış platforması olaraq qalıb.
Finss.az bu barədə “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, bu göstərici oktyabr ayı ilə müqayisədə 2,54 faiz bəndi azalma göstərib.
Hesabat dövründə “Yandex” axtarış sisteminin bazar payı 2,71 faiz bəndi azalaraq 18,34% təşkil edib. Eyni zamanda, “Bing”-in payı 0,01 faiz bəndi artaraq 1,5%, “Yahoo”-nun göstəricisi isə 0,12 faiz bəndi azalaraq 0,31%-ə çatıb.
Fuad Mədətov
Finss.az
