2025-ci ilin noyabr ayında Azərbaycanda bütün platformalar üzrə süni intellekt “chatbot”larının istifadə payı açıqlanıb.
Bu barədə Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, “ChatGPT” ölkə bazarında açıq fərqlə liderliyini davam etdirib. Belə ki, xidmətin bazar payı noyabr ayında 94,07% təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 0,52 faiz bəndi artım deməkdir.
İkinci yerdə qərarlaşan “Google Gemini” və “Perplexity” “chatbot”ları hərəyə 1,91% bazar payına sahib olublar. “Google Gemini”nin payı ay ərzində 0,41 faiz bəndi azalıb, “Perplexity”də isə 0,4 faiz bəndi artım müşahidə olunub.
“Microsoft Copilot” noyabr ayında bazarın 1,8%-ni təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 0,62 faiz bəndi azalıb.
Siyahının sonunda isə 0,32%-lik payla “Claude” yer alıb. Xidmətin bazar payı ay ərzində 0,12 faiz bəndi artıb.
Beləliklə, noyabr ayı üzrə məlumatlar göstərir ki, Azərbaycanda süni intellekt “chatbot”ları arasında istifadə üstünlüyü böyük fərqlə “ChatGPT”də cəmlənməkdə davam edir.
Fuad Mədətov
Finss.az
