IKT

05 Dekabr

Azərbaycanda ən çox bazar payına malik smartfonlar - SİYAHI

2025-ci ilin noyabr ayında Azərbaycanda ən çox istifadə olunan mobil cihazlar açıqlanıb.

Bu barədə Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir.

  • Samsung smartfonları liderdir – 24,96% bazar payı (aylıq -0,41 faiz bənd, illik -9,21 faiz bənd).
  • Unknown markalı smartfonlar ikinci yerdə – 23,8% (aylıq -1,91, illik +15).
  • Apple smartfonları üçüncü sıradadır – 21,65% (aylıq +0,45, illik +4,84).
  • Xiaomi smartfonları dördüncü pillədə – 18,54% (aylıq +0,67, illik -9,27).

Digər markaların bazar payları:

  • Honor – 4,94% (aylıq +0,6, illik -0,17)
  • Huawei – 1,77% (aylıq +0,33, illik -0,25)
  • Oppo – 0,78% (aylıq -0,12, illik -0,2)
  • Realme – 0,78% (aylıq +0,09, illik +0,04)
  • Infinix – 0,86% (aylıq +0,07, illik -0,07)
  • Tecno – 1,16% (aylıq +0,13, illik +0,06)
  • Motorola – 0,23% (aylıq +0,02, illik -0,06)
  • LG – 0,01% (aylıq dəyişməz, illik -0,03)
  • Google – 0,08% (aylıq +0,7, illik -0,18)
  • Lenovo – 0,06% (aylıq dəyişməz, illik -0,07)
  • Sony – 0,02% (aylıq +0,01, illik -0,01)
  • Digər markalar – 0,36%

Bu göstəricilər bazarda Samsung və Apple kimi əsas brendlərin hələ də dominant olduğunu, lakin “Unknown” və digər brendlərin payını artırdığını göstərir.

Fuad Mədətov
Finss.az