IKT

21 Noyabr

Ölkəmizdə keçirilən Data, ERP və Süni İntellekt Zirvəsi uğurla keçirildi

20 noyabr tarixində Gülüstan Sarayında keçirilən Data, ERP və Süni İntellekt Zirvəsi data analitika, ERP, süni intellekt və rəqəmsal transformasiya sahələrində fəaliyyət göstərən yüzlərlə mütəxəssisi bir araya gətirərək ölkəmizin texnoloji ekosistemində yeni bir mərhələ açıb.

Finss.az xəbər verir ki, Data, ERP və Süni İntellekt Zirvəsi bu il ilk dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan “Facemark” şirkəti, biznesinizi rahat və səmərəli idarə etmək üçün 15 illik təcrübəyə əsaslanan qabaqcıl ERP həlləri təqdim edən “Arter” şirkəti, texniki, rəqəmsal, biznes bacarıqları üzrə ixtisaslaşmış təlim və xidmət mərkəzi olan “Handex” şirkəti, fərdi, korporativ inkişaf üçün təlim və konsaltinq xidmətləri göstərən ixtisaslaşmış “Human Development Center” şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Zirvə 3 paneldən ibarət olmaqla gün ərzində davam edib:

  • “ERP-nin gələcəyi: Yeni trendlər”
  • “Qara qutular: AI və Data-nın içində nə var?”
  • “Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ?”

Panellərdə 3 moderator17 spiker fikir mübadiləsi aparıb.

Tədbir LOGO şirkətinin baş sponsorluğu və “Insure.az”“Başkent” Restoran və Şirniyyat Evinin sponsorluğu ilə baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltayın açılış nitqi ilə davam edib.

Tədbir açılış mərasimindən sonra keynote çıxışlar, 3 böyük panel, musiqili proqram və şəbəkələşmə sessiyaları ilə davam edib.

Zirvədə keynote spiker qismində:

  • Tural Nəbizadə (Parloa GmbH – Agentic Conversational AI üzrə məhsul meneceri): “AI First Mindset: Dəyişikliyin Qərb Çalarları və Orta Menecmentin Gücü
  • Ömer Çolakoğlu (Microsoft Data Platform MVP): “Kendisi Yapay, Etkisi Gerçek
  • İsmail Duran (Logo Group – CTO): “Azərbaycanda İşin Gələcəyi: Süni İntellektlə Gücləndirilən Yeni Nəsil Biznes Tətbiqləri” mövzuları ilə çıxış ediblər.

PANEL I – ERP-nin gələcəyi: Yeni trendlər

  • Format: Davos
  • Moderator: Kamran Ağayev – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Məlumat İdarəetmə Departamentinin direktoru

Spikerlər:

  • Sami Öztürk – Veysəloğlu Distribusiya, İdarə Heyətinin üzvü (Rəqəmsallaşdırma və Transformasiya üzrə)
  • Valeh Nəbiyev – PAŞA Holdinq, Baş Data İnzibatçısı
  • Vüqar Məsimov – Azərbaycan Mərkəzi Bankı, Data idarəedilməsi şöbəsinin rəisi
  • Seymur Şabanlı – Kapital Bank, Data Ofisinin rəhbəri

PANEL II – Qara qutular: AI və Data-nın içində nə var?

  • Format: Individual çıxışlar
  • Moderator: Rəşad Qurbanov – Handex şirkətinin təsisçisi

Spikerlər:

  • Kamran Qasımov – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Analitika, Strategiya və Monitorinq Departamentinin rəhbəri
  • Xəqani Səfərov – Ayes MMC-nin təsisçisi və rəhbəri
  • Rövşən Nadirov – Metric Analytics şirkətinin təsisçisi
  • Ümid Süleymanov – Virginia Tech, Kompüter Elmləri üzrə PhD tədqiqatçısı; ADA Universitetinin Kompüter Elmləri üzrə müəllimi

PANEL III – Kodlanmış gələcək: Azərbaycanda süni zəkanın oyandığı çağ

  • Format: Davos
  • Moderator: Anar Nəbi – Arter şirkətinin icraçı direktoru

Spikerlər:

  • Vüsal Məsiyev – İcbari Sığorta Bürosunun icraçı direktoru
  • Sübhan Qaragözov – Ojag Consulting Services MMC, Direktor müavini və PMO ofisinin rəhbəri
  • Fuad Məmmədov – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, İdarə Heyəti sədrinin müşaviri

Zirvə çərçivəsində sponsor şirkətlər tərəfindən iştirakçılara xüsusi hədiyyələr təqdim olunub. Həmçinin, müxtəlif interaktiv müsabiqələr və sürprizlər gün ərzində tədbirə əlavə rəng qatıb. Panel sonunda moderator və spikerlərə göstərdikləri töhfələrə görə təşəkkür plaketləri, iştirak edən qonaqlara isə iştirak sertifikatları təqdim edilib.