IKT

21 Noyabr

Azərbaycan və İraq arasında FM radio yayımının koordinasiyası ilə bağlı görüş keçirilib

Finss.az - Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Azərbaycan və İraq respublikaları arasında FM radioyayım stansiyalarının koordinasiyasına dair görüş keçirilib.

Azərbaycan tərəfini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil ediblər.

Müzakirələr zamanı 2023-cü ildə Bağdad şəhərində imzalanmış Anlaşma Memorandumunun müddəaları nəzərə alınaraq, iki ölkə arasında mövcud və planlaşdırılan FM radioyayım stansiyalarının tezlikləri və digər texniki parametrləri razılaşdırılıb, bununla bağlı protokol imzalanıb.

Görüşün yekununda qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.