2025-ci ilin oktyabr ayında Azərbaycanda ən populyar axtarış sistemi “Google” olaraq qalır.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, “Google”un bazar payı 81,92% təşkil edib və sentyabr ayı ilə müqayisədə 0,99 faiz bəndi azalıb.
İkinci sırada “Yandex” yer alır. Onun bazar payı oktyabrda 15,63% olub və aylıq müqayisədə 0,99 faiz bəndi artıb.
Digər axtarış sistemləri isə belə bölünüb:
- Bing – 1,49% (aylıq artım 0,08 faiz bəndi)
- Yahoo – 0,43% (aylıq azalma 0,09 faiz bəndi)
Beləliklə, Azərbaycanda axtarış sistemləri bazarında Google hələ də dominant mövqeyini qoruyur, Yandex isə yavaş-yavaş bazar payını artırır.
Fuad Mədətov
Finss.az
