2025-ci ilin oktyabr ayında Azərbaycan istifadəçilərinin sosial şəbəkələrdə fəallığı öncəki aya nisbətən 15,46 faiz bəndi artaraq 35,77%-ə çatıb.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, “Facebook” aylıq ifadədə 4,37 faiz bəndi azalma ilə 28,33% paya sahib olub və ikinci yeri tutub.
Siyahıda üçüncü sırada “YouTube” qərarlaşıb – onun payı 20,49% təşkil edib, əvvəlki aya nisbətən 7,16 faiz bəndi artım müşahidə olunub.
“Pinterest” sosial şəbəkəsinin yerli bazardakı payı 0,67 faiz bəndi artaraq 7,76%-ə yüksəlib və dördüncü yeri tutub.
“X” media platforması 5,24% ilə beşinci sıradadır, ay ərzində payı 18,01 faiz bəndi azalıb.
Altıncı yerdə “LinkedIn” gəlir – onun payı 1,44% təşkil edib, əvvəlki aya nisbətən 0,84 faiz bəndi azalıb.
Qalan sosial şəbəkələrin ümumi payı isə 1,33% səviyyəsindədir.
Fuad Mədətov
Finss.az
