IKT

04 İyul

Nvidia ABŞ fond bazarında ən bahalı şirkət oldu

Finss.az - Nvidia Corp.-un səhmləri cümə axşamı ticarətdə 1,3% artaraq qiymətini yüksəltməyə davam edib və şirkətin bazar kapitallaşmasının yaxın vaxtlarda tarixdə ən yüksək səviyyəyə çatması gözlənilir.

Ötən gün ticarət zamanı Nvidia-nın səhmləri 2,4% qalxmış, bu zaman şirkətin bazar dəyəri 3,92 trilyon ABŞ dollarına yaxınlaşmışdı. Sessiyanın sonunda isə dəyər 3,89 trilyon dollar səviyyəsində qaldı. Hazırda ABŞ fond bazarında ən bahalı şirkət olan Nvidia-nı Microsoft (3,7 trilyon dollar) və Apple (3,19 trilyon dollar) izləyir.

Nvidia-nın bazar dəyəri bu ilin əvvəlindən bəri təxminən 20% artıb. Bu yüksəlişin əsas səbəbi süni intellekt (Sİ) texnologiyalarında istifadə olunan mikroçiplərə olan yüksək tələbatdır. Son dörd ildə şirkətin bazar kapitallaşması səkkiz dəfə artaraq Böyük Britaniya fond bazarının ümumi dəyərindən belə böyük olub.

Themis Trading-in eksperti Cо Salucci qeyd edib ki, “Şirkət trilyon dollarlıq həddi ilk keçəndə bu böyük sürpriz idi. İndi isə dörd trilyona yaxınlaşması və süni intellekt sahəsindəki böyük investisiyalar həqiqətən möhtəşəmdir.”