Apple innovativ texnologiyalar sahəsində növbəti addımını atıb: şirkət lazerli skan texnologiyası ilə təchiz edilmiş simsiz qulaqlıqlar üçün patent alıb.
Finss.az xəbər verir ki, “Appleinsider”-in yaydığı məlumata görə, yeni nəsil qulaqlıqlar ABŞ-ın Patentlər və Ticarət Nişanları Qurumunda rəsmi şəkildə patentləşdirilib.
Patent sənədlərində qeyd olunur ki, qulaqlıqlar istifadəçinin jest və hərəkətlərini izləyərək müxtəlif funksiyaların idarə olunmasını mümkün edir. Bu texnologiya, xüsusilə baş hərəkətləri ilə cihazı idarə etməyə imkan verəcək.
Beləliklə, yaxın gələcəkdə bəzi AirPods modelləri istifadəçilərə sadəcə başlarını tərpədərək zəngləri qəbul etmək və ya rədd etmək imkanı təqdim edə bilər.