IKT

28 May

Rabitə xidmətləri sabit qalıb

Finss.az - Nəqliyyat və xidmət sektorunda qiymət indekslərində müəyyən dəyişikliklər müşahidə olunub.

Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-mart ayları üzrə açıqladığı məlumatlara əsasən, aprel ayında nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin qiymət indeksi 97,5% səviyyəsində qeydə alınıb ki, bu da ötən dövrə nisbətən azalmaya işarədir.

Sərnişin daşımalarında indeks 94,6%-ə, yükdaşıma xidmətlərində isə 98,2%-ə düşüb. Digər tərəfdən, poçt və kuryer xidmətlərində indeks 100,6%, rabitə xidmətlərində isə sabit olaraq 100% səviyyəsində qalıb. Proqram təminatı və əlaqədar xidmətlər isə 100,8%-lik artım nümayiş etdirib.