Finss.az - Son illərdə mobil təhlükəsizlik məsələləri daha da önəmli hala gəlib.
Texnologiya mütəxəssisləri, Android platformalı telefonlar üçün nəzərdə tutulan 6 tətbiqin istifadəçilərin razılığı olmadan onların kredit və bank kartlarından pul çəkməsini aşkarlayıb. Bu tətbiqlər, şəxsi və maliyyə məlumatlarını hakerlər üçün təhlükəyə ata bilər.
Avropa Birliyi Kibertəhlükəsizlik Agentliyi, yayımladığı son açıqlamada, Android istifadəçilərinə böyük təhlükə yaradan 6 tətbiq barədə xəbərdarlıq edib. Bildirilib ki, bu tətbiqlər, istifadəçilərin məlumatlarını qorumaq əvəzinə, onların razılığı olmadan tətbiqdaxili alış-verişlərə səbəb olur. Həmçinin, istifadəçilərin telefonlarına yüklədikləri bu tətbiqlər, şəxsi məlumatlara, o cümlədən bank hesabı və kredit kartı məlumatlarına asanlıqla giriş əldə edə bilər.
2025-ci ildə kartlardan icazəsiz pul çəkilməsi aşkarlanan 6 tətbiq bunlardır:
-
Auto Picture Cut
-
Square Blur Photo
-
Square Photo Blur
-
Smart Photo Blur
-
Super Call Flash
-
Smart Call Flash
İstifadəçilərdən həmin tətbiqləri dərhal telefonlarından silmələri və telefonlarını təmizləmələri tövsiyə edilir. Həmçinin, telefonlarınızı yalnız etibarlı və tanınmış mənbələrdən yüklədiyinizə əmin olun. Kibertəhlükəsizlik sahəsində mütəxəssislər, mobil cihazlarda qarşılaşılan yeni risklərə qarşı daha diqqətli olmağın vacibliyini vurğulayır.