Finss.az - "Nokia Solutions and Networks Bakı" MMC-nin Azərbaycan və Avrasiya üzrə regional direktoru Aleksandr Şunin bildirib ki, trafikin artması ilə şəbəkənin optimallaşdırılması və inkişafı tələb olunacaq.
O qeyd edib ki, dünyada operatorlar şəbəkənin periferiya səviyyəsində yerli məlumat emalı mərkəzləri yaradır. Bu proses Azərbaycanda da gözlənilir. Süni intellektə malik yerli məlumat mərkəzi fəaliyyətə başladıqda, texnologiyaların Azərbaycan dilinə uyğunlaşdırılması əsas məsələyə çevriləcək.
Qonşu ölkələrdə bu proses artıq başlayıb – Qazaxıstan öz süni intellekt sistemini qazax dilinə uyğunlaşdırır. Şunin əmin olduğunu bildirib ki, yaxın gələcəkdə Azərbaycanda da oxşar addım atılacaq.
Zemfira Ms
Finss.az