Finss.az - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional direktoru Natalia Mochu bildirib ki, dünyada kişilərin 70 faizi və qadınların 65 faizi internetə çıxış əldə edir. Lakin Azərbaycanda bu göstəricilər daha yüksəkdir: kişilərin 92,7 faizi, qadınların isə 85,4 faizi internetdən istifadə edir.
Ötən il dünyada şəhər əhalisinin 83 faizi internetdən istifadə etsə də, kənd yerlərində bu göstərici 50 faizdən az olub. Azərbaycanda isə şəhər əhalisinin 94,6 faizi internetə çıxış əldə edir, kənd yerlərində isə bu göstərici 82,1 faiz-dir. Bu, dünya səviyyəsindən xeyli yüksəkdir.
Zemfira Ms
Finss.az