IKT

31 Yanvar

ChatGPT digər süni intellekt asistentlərindən daha çox qazanır

Finss.az - “Appfigures” analitik şirkətinin məlumatına görə, smartfonlarda süni intellekt (Sİ) tətbiqlərinə istifadəçilər 2024-cü ildə təxminən 1,42 milyard dollar xərcləyib. Bu rəqəm 2023-cü ilə nisbətən 274% artım deməkdir.

Lider Platforma - ChatGPT
Bazarda ən yüksək gəliri "OpenAI" şirkətinin “ChatGPT” çat-botu əldə edib. Onun gəlirləri digər süni intellekt asistentlərini geridə qoyub.

Cinslər Arasında Fərq
Araşdırmaya görə, Sİ tətbiqlərinin əsas istifadəçiləri kişilərdir. ChatGPT istifadəçilərinin 84.5%-ni kişilər təşkil edir.

Mobil Sİ Bazarının Ümumi Gəlirləri
Ümumilikdə mobil Sİ bazarının gəliri 2 milyard dollar qiymətləndirilir. Bu məbləğin 30%-i “Apple” və “Google” şirkətlərinin payına düşür.

Zemfira Ms
Finss.az