Finss.az - Bazar ertəsi keçirilən ticarət sessiyasında çip istehsalı ilə məşhur olan Nvidia Corp.-un bazar dəyəri 13% və ya 465 milyard dollar azalıb.
Bu, tarixi bir rekorddur və Exxon Mobil kimi iri bir şirkətin bazar dəyərinə bərabər bir itki deməkdir. Azalma, Çin startapı DeepSeek-in yeni sünüi intellekt (Sİ) texnologiyası ilə bağlı yaranan narahatlıqların fonunda baş verib.
DeepSeek-in sünüi intellekt modeli açıq mənbəli və pulsuz olan R1-ə əsaslanır. Bu model OpenAI-nın texnologiyası ilə müqayisə oluna bilər və daha az hesablama gücü tələb etdiyinə görə nisbətən zəif mikrosxemlərdə də işləyir.
Jefferies analitikləri bildirir ki, bu yeni texnologiya, Sİ bazarında formalaşan və güclü mikrosxemlərə əsaslanan biznes modelini poza bilər.
Bu sürecin Nvidia-ya təsiri böyükdür, çünki şirkət yüksək hesablama gücü tələb edən Sİ çiplərinin əsas tədarükçülərindən biridir. DeepSeek-in pulsuz modelinin populyarlığı artdıqca, daha sərhədsiz və ucuz hesablama imkanları sınırları aşır və Nvidia-nın bazardakı rolunu süula bilər.