IKT

21 Yanvar

ChatGPT istifadəçilərə yeni şəxsi söhbət təcrübəsi təklif edəcək

Finss.az - Ən məşhur süni intellekt botu ChatGPT, söhbətləri daha şəxsi edəcək yeni fərdiləşdirmə seçimləri ilə gəlir.

Bu fərdiləşdirmə seçimləri Windows masa üstü və brauzer versiyalarında aktivləşib. Bundan sonra bot daha çox şəxsi söhbətlər təklif etməyə başlayacaq.

Hələlik bu yeniləmə Avropa İttifaqı, Norveç, İslandiya, Lixtenşteyn və İsveçrədəki istifadəçilər üçün aktiv deyil. OpenAI, xüsusiyyətin bu bölgələrdə çox yaxında mövcud olacağını bildirib.

Mac istifadəçiləri də bir az gözləməli olacaqlar.

Şirkət yaxın bir neçə həftə ərzində funksiyanın macOS-a gələcəyini açıqlayıb.

Əgər ChatGPT-nin sizə adla müraciət etməsini və müəyyən bir üslubu mənimsəməsini istəyirsinizsə, sadəcə olaraq profil ikonanıza klikləyin və açılan menyudan “ChatGPT-ni fərdiləşdirin” seçin.

Budur, tapacağınız yeni seçimlərdən bəziləri: Sizin məşğuliyyətiniz nədir? ChatGPT hansı xüsusiyyətlərə malik olmalıdır? ChatGPT-nin sizin haqqınızda başqa nə bilməsini istərdiniz? ChatGPT daha sonra üslubunuzu, peşənizi və maraqlarınızı anlayır və buna uyğun cavab verir.

Siz vaxtınıza qənaət edirsiniz və söhbətlər daha şəxsi olur.

İstəyirsinizsə, siz də "dost rejimində" botunuzu danışdıra bilərsiniz.

Bununla belə, botda kiçik bir çatışmazlıq var: birdən çox şəxsi profil yaratmaq imkanı yoxdur. Fərdi rejiminizi söndürmək və ya başqa rejimə keçmək istəyirsinizsə, parametrlərə qayıtmalı və dəyişikliklər etməlisiniz. Bu proses bir qədər vaxtaparandır.

ChatGPT-nin 2025-ci il planları arasında tam müstəqil süni intellekt köməkçisi istehsal etmək ideyası ön planda olacaq.

Zemfira Ms
Fins.az