IKT

16 Dekabr

Audi loqodan üzükləri çıxaracaq

Audi dörd halqadan imtina edərək loqosunu dəyişəcək.

Finss.az xəbər verir ki, söhbət Çin bazarı üçün istehsal olunacaq avtomobillərdən gedir. İstehsalçı qərarını yeni “brend imici” yaratmaqla izah edib. Bildiyiniz kimi, şirkət Çinin SAIC konserni ilə birgə yeni avtomobil modelləri istehsal edəcək. Yeni loqo dizaynı ilə bağlı təfərrüatlar açıqlanmayıb. Qeyd olunur ki, Çində artıq satışa çıxarılan elektrik avtomobilləri dörd halqanın imzasını saxlayacaq.

Bundan əvvəl xəbər verilmişdi ki, alman avtomobil istehsalçısı Audi yeni nəsil A6 liftbek və universalını təqdim edib. Avtomobil istehsalçısının mətbuat xidməti xəbər verir ki, avtomobillər elektrik güc aqreqatları və arxa ötürücü ilə təchiz olunub.

Yeni Audi A6 800 voltluq bort elektrik sisteminə malik PPE platformasına əsaslanır. Eyni platforma Porsche Macan krossoverinin əsasını təşkil edir. Əsas versiyada avtomobillər arxa təkərlə təchiz edilmişdir. Audi bir çox onilliklər ərzində ilk dəfə olaraq arxa təkərli avtomobil buraxdı. Belə dizaynın əvvəlki nümunəsi 1938-ci ildə buraxılmış Audi 920 sedanıdır.

Kaira Agayeva 

Finss.az