IKT

16 Dekabr

Starbucks Azərbaycan yeni mobil tətbiq ilə xüsusi fürsətlər təqdim edir

Starbucks Azərbaycan müştərilərinə daha effektiv xidmət və xüsusi fürsətlər təqdim etmək məqsədilə yeni mobil loyalti tətbiqi üzərində çalışır. Bu tətbiqin əsas məqsədi Starbucks sevərlərinin alış-verişlərini daha rahat və faydalı hala gətirməkdir. Prosesin texniki inkişafına Türkiyədə fəaliyyət göstərən ixtisaslaşmış texnologiya şirkəti rəhbərlik edəcək.

Finss.az xəbər verir ki, mobil loyalti tətbiqi vasitəsilə istifadəçilər alışlarına görə xüsusi xallar qazanacaq, həmçinin Starbucks Azərbaycan tərəfindən təqdim edilən endirimlərdən və kampaniyalardan yararlana biləcəklər. Bu sistem dünya üzrə Starbucks şəbəkəsində geniş istifadə olunan “Starbucks Rewards” proqramının lokalizasiyası kimi nəzərdə tutulub və Azərbaycandakı istifadəçilərin ehtiyaclarına uyğunlaşdırılacaq.

Starbucks Azərbaycan yeni tətbiq ilə istifadəçi təcrübəsini artırmaq, rəqəmsal müştəri sədaqətini möhkəmləndirmək və müştərilərə daha şəffaf, rahat və interaktiv bir alış prosesi təqdim etməyi hədəfləyir. Tətbiqin istifadəyə veriləcəyi tarix hələ rəsmi olaraq açıqlanmasa da, yaxın aylarda müştərilərin ixtiyarına veriləcəyi gözlənilir.

Tətbiqin hazırlanmasında Türkiyə texnologiya şirkəti ilə əməkdaşlıq, regiondakı texnoloji imkanlardan daha səmərəli istifadə etməyə və beynəlxalq standartlara uyğun keyfiyyətli bir platforma təqdim etməyə yönəlib. Bu addım həm də regionlararası biznes əməkdaşlıqlarının inkişafına təkan verə bilər.