Finss.az xəbər verir ki, Elon Musk bildirib ki, qarşıdakı 10 il ərzində milyonlarla insan Neuralink beyin implantlarından istifadə edəcək.
"Hər şey yaxşı olarsa, bir neçə il ərzində yüzlərlə insan Neuralink-ə sahib olacaq, bəlkə də 5 il ərzində on minlərlə, 10 il ərzində milyonlarla insan buna sahib olacaq" deyə o yazıb. “Neuralink” startapı 2016-cı ilin iyulunda Musk tərəfindən yaradılıb və insan beyninə implantasiya edilə bilən çiplər hazırlayır. Milyarder hesab edir ki, bu cür qurğular insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.
Yanvarın 28-də Neuralink insan beyninə ilk dəfə implant yerləşdirdi. Avqustun əvvəlində Mask implantın ikinci xəstəyə quraşdırıldığını elan etdi. Qurğu iflic olan şəxsə kompüteri idarə etməyə imkan verir.
Kaira Agayeva
Finss.az