IKT

09 Dekabr

Yeni iPhone 2 mm daha nazik olacaq

Apple dizaynda inqilab hazırlayır: 2025-ci ildə buraxılacaq iPhone 17 Air şirkətin tarixində ən nazik smartfon olacaq.

Finss.az xəbər verir ki, nüfuzlu insayder və Bloomberg-in jurnalisti Mark Qurmanın sözlərinə görə, yeni məhsulun korpusu iPhone 16 Pro-dan 2 mm nazik olacaq.

Mənbənin məlumatına görə, iPhone 17 Air-in qalınlığı 6,3 mm olacaq ki, bu da hazırkı iPhone 16 Pro-dan 8,3 mm-dən xeyli azdır. iPhone X-dən bəri Apple daha yaxşı kameralar və daha böyük batareyalar yerləşdirmək üçün cihazlarının qalınlığını artırır. İndi yeni texnologiyaların tətbiqi ilə şirkət yenidən ultra nazik həllərə doğru irəliləyir.

Kaira Agayeva 

Finss.az