IKT

04 Dekabr

Cənubi Koreyada Telegram istifadəçilərinin sayı kəskin artıb

Cənubi Koreyada ölkədə hərbi vəziyyətin tətbiqi fonunda Telegram istifadəçilərinin sayı kəskin artıb. Bu barədə Yonhap agentliyi məlumat yayıb.

Finss.az xəbər verir ki, yerli onlayn resursların qeyri-sabitliyi səbəbindən fövqəladə hallarda rabitə vasitəsi kimi messencer seçilir.

Yonhap-ın məlumatına görə, trafikin artması səbəbindən hərbi vəziyyətin tətbiqi fonunda Cənubi Koreyada istifadəçilər onlayn resursların funksiyalarına daxil olmaqda çətinlik çəkiblər.

“Hərbi vəziyyətin qəfil elan edilməsi ilə əlaqədar istifadəçilərin narahatlığı artıb və bu, Telegram istifadəçilərinin sayının kəskin artmasına səbəb olub. Gözlənilirdi ki, Telegram-ın köməyi ilə fövqəladə vəziyyət zamanı ailə və dostlarla əlaqə saxlamaq daha asan olacaq”, - deyə agentlik qeyd edir.

Cənubi Koreya vətəndaşları bir-birlərinə messencerdə qeydiyyatdan keçməyi tövsiyə etməyə başladılar və rabitə ilə bağlı mümkün problemlər barədə xəbərdarlıq edən yeni çatlar yaratdılar.

Bundan əvvəl Cənubi Koreyanın müxalifət partiyalarının dekabrın 4-də yerli vaxtla saat 14:40-da (Moskva vaxtı ilə 8:40) ölkə prezidenti Yoon Seok Yeola impiçment təklifi təqdim etməyə razılaşdıqları bildirilirdi.

Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, bu qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının” zəruriliyi ilə izah edib, jurnalistlər isə dövlət başçısının hərəkətlərini siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.

Bundan əvvəl Cənubi Koreya prezidentinə parlamentin qərarlarına tabe olmamaq barədə xəbərdarlıq edilib.

Kaira Agayeva 

Finss.az