Apple 2024-cü ildə buraxılmış Vision Pro dəbilqəsinin dizaynını 15 il əvvəl patentləşdirib. Bu barədə MacWorld portalı məlumat yayıb.
Finss.az xəbər verir ki, Jurnalist Den Moren arxivlərdə 2008-ci ilin noyabrında Vision Pro genişlənmiş və virtual reallıq qulaqlıqlarına bənzəyən cihazı təsvir edən patent tapıb.
Şəkilə əsasən, 15 ildən çox əvvəl hazırlanmış Vision Pro müasir modellə oxşar forma və dizayna malikdir. Patentdə bildirilir ki, cihaz baş və göz hərəkətlərini izləyən smart sensorlar vasitəsilə virtual mühitdə olmaq təcrübəsini simulyasiya edə bilər.
Jurnalist Apple-ın dəbilqə üzərində bu qədər uzun müddət işləməsinə təəccüblənib. O qeyd edib ki, 2008-ci ildə şirkət texniki cəhətdən belə bir cihazı yarada bilməyib, çünki o vaxt yüksək dəqiqlikli ekranlar yox idi.
O, həmçinin vurğulayıb ki, “Apple” hansısa ideyanı cəlbedici hesab edərsə, onun üzərində işləməyə davam edir və vaxtın gəldiyini bilənə qədər cihazı buraxmır.
Apple Vision Pro ilk dəfə 2023-cü ilin iyununda WWDC-də təqdim edildi. Bu il fevralın əvvəlində cihaz ABŞ-da, daha sonra isə digər bazarlarda satışa çıxarılıb. Lakin yüksək qiymət və digər amillər dəbilqənin kütləvi məhsula çevrilməsinə mane oldu.
Bundan əvvəl Rusiyada 2 milyon rubla eksklüziv Apple Vision Pro dəbilqəsi təqdim edilmişdi.
Kaira Agayeva
Finss.az