IKT

29 Noyabr

Kanada Google-u məhkəməyə verdi

Kanada onlayn reklamla bağlı münaqişəyə görə Amerikanın Alphabet korporasiyasını (Google-un sahibi) məhkəməyə verib - Ottava texnologiya nəhənginin onlayn reklam bazarından sui-istifadə etdiyini iddia edir. 

“Rəqabət Bürosu Google-u Kanadada onlayn reklam texnologiyası xidmətlərində rəqabətə zidd davranışa görə məhkəməyə verir. Hərtərəfli araşdırmadan sonra Büro [şirkətin] davranışını kanadalıların maraqları naminə düzəltmək üçün Rəqabət Tribunalına ərizə ilə müraciət edib”, - Büro bildirib.

Finss.az xəbər verir ki, Google Kanadada onlayn reklam xidmətlərinin əsas provayderi kimi texnologiya nəhənginin öz mövqeyindən sui-istifadə etməkdə və bazarın digər oyunçularına normal rəqabət aparmağa imkan verməməkdə ittiham olunur.

Bundan əvvəl Moskvanın Taqanski Məhkəməsi Telegram messencerini informasiyaya girişi məhdudlaşdırmaqdan imtina etdiyinə görə 7 milyon rubl cərimələyib.

Bundan əvvəl Rusiyada məhkəmə Discord-u cərimələmişdi.

Kaira Agayeva 

Finss.az