Süni intellektin (AI) inkişaf tempi görünməmiş səviyyəyə çatıb və bu, BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, dünya üçün ciddi təhlükələr yaradır. Finss.az xəbər verir ki, o, bu barədə Portuqaliyanın Kaskay şəhərində Sivilizasiyalar Alyansı forumunun açılışında bildirib.
“Süni intellekt və rəqəmsal platformalar nifrət və dezinformasiyanın sürətlə yayılmasına kömək edir ki, bu da bir çox hallarda dünyada zorakılığa səbəb olur”, - Quterreş bildirib.
Risklərə baxmayaraq, BMT rəhbəri əmin olduğunu bildirib ki, dünya ictimaiyyəti bu problemin öhdəsindən gəlmək iqtidarındadır. Bunun üçün sentyabr ayında Nyu-Yorkda keçiriləcək Gələcək Sammitində qəbul edilmiş qlobal rəqəmsal kompaktda təsbit olunmuş prinsiplərə əməl etmək vacibdir. Bu müqavilə insan hüquqlarına hörmət edən və qoruyan təhlükəsiz rəqəmsal məkan yaratmaq məqsədi daşıyır.
Kaira Agayeva
Finss.az