“Apple” şirkəti İndoneziyada yeni “iPhone”ların satışına qoyulan qadağanı aradan qaldıra bilməyib.
Finss.az xəbər verir ki, “Apple” İndoneziya iqtisadiyyatına təxminən 100 milyon dollar sərmayə qoymağı təklif edib ki, ölkə hakimiyyəti “iPhone”ların satışına qoyulan qadağanı aradan qaldırsın. Yerli hökumətin nümayəndəsi bildirib ki, İndoneziya hakimiyyəti İT nəhənginin təklifini qəbul etməyib: “Əlbəttə, biz bu investisiyaların daha böyük olmasını istəyirik”.
Qanuna görə, İndoneziya bazarında satılan smartfonlar 40 faiz yerli komponentlərdən ibarət olmalıdır. Bu göstəricini təmin edə bilməyən qadcet istehsalçıları iqtisadiyyata pul yatırmalıdırlar. Noyabr ayında Apple investisiya olaraq 10 milyon dollar ayırmağı təklif etmişdi və yeni iPhone-ların satışına qadağa qoyulduqdan sonra bu məbləği 10 dəfə artırdı.
Kaira Agayeva
Finss.az