Gələcək iPhone 17 və nazik iPhone 17 Air, Apple smartfonlarının Pro versiyalarında olan telefoto obyektiv almayacaq. Bu barədə Cənubi Koreyanın “The Elec” nəşri məlumat yayıb.
Finss.az xəbər verir ki, 2025-ci ilin baza modelləri, iPhone 17 və iPhone 17 Air 5x optik zumlu telefoto obyektivlə təchiz edilməyəcək. Bu kamera cihazların Pro versiyaları üçün eksklüziv olaraq qalacaq.
Ehtimal olunur ki, Apple iPhone 17 Air-ə böyük obyektiv yerləşdirə bilməyən çox nazik dizaynı səbəbindən optik zum əlavə etməyəcək. Eyni zamanda, əsas iPhone iki kamera dəstini saxlayacaq - əsas və ultra geniş bucaqlı. Şayiələrə görə, yeni iPhone 17 Air yalnız iPhone 16 və iPhone 16 Plus kimi 48 meqapiksel təsvir ölçülü əsas kamera təqdim edə biləcək. Bununla belə, smartfon 2x rəqəmsal zoomdan istifadə edə biləcək.
iPhone 17 Air haqqında hələ çox az şey məlumdur. Yeni məhsulun Plus versiyalarını əvəz edəcəyi və iPhone tarixindəki ən nazik korpusu alacağı gözlənilir. Eyni zamanda, smartfon bir çox göstəricilərə görə Pro modellərindən geri qalacaq.
Bundan əvvəl İndoneziya səlahiyyətliləri Apple-ın 100 milyon dollarlıq sərmayəsini qeyri-kafi hesab edirdilər.
Kaira Agayeva
Finss.az