Samsung 2025-ci ildə buraxılacaq innovativ “üçqat” smartfon üzərində işləyir. Bu cihazın xüsusi xüsusiyyəti onu rəqiblərindən fərqləndirən içəriyə doğru bükülmə qabiliyyəti olacaq. Bu barədə ET News-un Cənubi Koreya nəşrinə istinadən Android Headlines (AH) məlumat yayıb.
Finss.az xəbər verir ki, “Samsung” şirkəti artıq yarıya qatlanan smartfonun hazırlanmasına başlayıb. ET News-un məlumatına görə, cihazın dizaynı bu ayın sonuna qədər hazır olacaq.
“Samsung təkcə daha incə və zəngin xüsusiyyətlərə malik qatlana bilən telefonlar təqdim edən Vivo və Honor kimi Çinli rəqiblərini tutmağı deyil, həm də onları qabaqlamağı hədəfləyir. Huawei Mate XT kommersiya bazarında ilk üçqat mobil cihaz oldu və bu, Samsung-u yeniliklərə sövq etdi”, AH yazır.
Son sızmaya görə, Samsung smartfonu sol və sağ tərəfləri ilə içəriyə qatlanacaq ki, bu da tam açıldıqda cihazın ekranını 9 və ya 10 düymədək artıracaq.
Əvvəllər “Samsung” smartfonlarının istifadəçiləri “çatışmazlıqlar” barədə xəbərdarlıq edirdilər.
Kaira Agayeva
Finss.az