Dünyanın ilk taxta peyki LingoSat Yer orbitinə uğurla daxil olub.
Finss.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) xəbər agentliyi məlumat yayıb.
LignoSat aparatı yan hündürlüyü 10 santimetr olan bir kubdur. O, əvvəllər Beynəlxalq Kosmik Stansiyada (ISS) bir il davam edən sınaqlar zamanı çatlamağa ən davamlı olduğu sübut edilmiş maqnoliya ağacından hazırlanıb.
Kaira Agayeva
Finss.az