IKT

31 Oktyabr

Siemens, Altair Engineering-i 10 milyard dollara satın aldığını açıqladı

Finss.az xəbər verir ki, Almaniyanın Siemens şirkəti Amerikanın çoxmillətli informasiya texnologiyaları şirkəti Altair Engineering-i satın aldığını elan edib.

"Siemens sənaye modelləşdirmə və təhlil bazarında aparıcı proqram təminatçısı olan Altair Engineering Inc.-i almaq üçün müqavilə imzalayıb. Altair səhmdarları hər bir səhm üçün 113 dollar alacaqlar ki, bu da təqribən 10 milyard dollarlıq müəssisə dəyərini əks etdirir", - Siemens-in bəyanatında deyilir. Bu satınalma ilə Siemens "aparıcı texnologiya şirkəti kimi mövqeyini və sənaye proqram təminatında aparıcı rolunu gücləndirəcək".

Kaira Agayeva 

Finss.az